
Psixiatriya yardımı alan şəxslər elektron sağlamlıq kartı sistemindən istifadə edəcək
Bununla bağlı təklif "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanunun 7.5 maddəsinə nəzərdə tutulan təklifə əsasən psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilir. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunur. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Qanunun 10.2 maddəsinə təklif edilən dəyişikliyə əsasən psixi pozuntusu olan və müalicədən imtina edən şəxsə və ya onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilir. Müalicədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat şəxsin tibbi sənədində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır. Müalicədən imtina edilməsi ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sisteminə daxil edilir.
