
Direktor Xəzər Məhərrəmovun qardaşı oğlunun qanunsuz balıq ovu edən brakonyerlərə şərik olduğu iddia edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə mindi və sentyabrın 1-dək davam edəcək. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Fim.az-a daxil olan məlumata görə su hövzələrində balıq ovuna qadağa qoyulmasına baxmayaraq, hələ də Ağ Göl Milli Parkında qanunsuz balıq ovu davam edir. Bildirilir ki, Ağgöl Milli Parkında qanunsuz brakonyerlik fəaliyyəti ilə məşğul olan dəstənin başında gölüdə yeger vəzifəsini tutan Rahim Gəncəliyev və oğlu Məhəmmdə Gəncəliyevdir. Hazırda İmişli bazarına çıxarılan və restoranlara verilən balıqların əksəriyyəti məhz ata-bala Gəncəliyevlərin dəstəsi tərəfndən Ağgöl Milli Parkında tutulur.
Məlumata görə Gəncəliyevlərin dəstəsinə himayədarlığı Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmovun qardaşı oğlu Ceyhun Məhərrəmov edir. Belə ki, Ceyhun Məhərrəmovun Gəncəliyevlərlə şərik olduğu bildirilir. Qeyd edək ki, Ceyhun Məhərrəmov bir müddət əmisi Xəzər Məhərrəmovun sürücüsü işləyib, daha sonra isə işdən çıxaraq Ağ Göl Milli Parkında brakonyerlik fəaliyyəti ilə məşğul olan Gəncəliyevlər dəstəsinin ortağına çevrilib.
Məlumata görə Ağ Göl Milli Parkında brakonyerlik fəaliyyəti ilə məşğul dəstə kürütökmə dövrü ilə əlaqədar balıqların qamış dibinə və dayaz sulara çıxmasını fürsət bilərək dayanmadan gecələr balıq ovu ilə məşğuldurlar. Qoruğa aid balıqların İmişli bazarına çıxarılmasından Ağ Göl Milli Parkının direktoru Xəzər Məhərrəmovun xəbərsiz olması isə heç inandırıcı deyil. Çünki qardaşı oğlu Ceyhun Məhərrəmovun Gəncəliyevlər dəstəsinin ortağı olmasını isə İmişidə bilməyən yoxdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ağ Göl Milli Parkında qanunsuz balıq ovu davam edir - Yenə Gəncəliyevlərin dəstəsi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
