
Bu gün icra başçısı İlham İsmayılovun, böyük əməyi nəticəsində Mingəçevir şəhəri gündən-günə gözəlləşir, abadlaşır.
Mingəçevirin müasir bir şəhər kimi formalaşmasında, regionda enerji nəhənginə çevrilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətləri olmuşdur
Ulu əcdadlarımızın uzun illər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü nəsillərə ərməğan etdikləri Mingəçevir şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün belə demək mümkünsə, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf şəhərimizə yolu düşən hər kəsi heyran qoyur.
Mingəçevir öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu Mingəçevirə yolu düşən hər kəsi heyran qoyur. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün şəhəri ilə bağlı qürur hissi oyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Mingəçevirin, onun zahiri gözəlliyinə, siyasi, iqtisadı, mədəni inkişafına diqqəti böyükdür.
Azərbaycanın sosial-iqtisadi həyatında, elektrik enerjisi ilə təchizatda oynadığı əvəzedilməz rola görədir ki, bütün zamanlarda olduğu kimi, bu gün də Mingəçevirin dövlətin diqqət mərkəzində xüsusi yeri var. Bu gün Mingəçevir sözün həqiqi mənasında, özünün yeni inkişaf dövrünü yaşayır. Dövlət başçısının bu bölgəyə vaxtaşırı səfərləri şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyur, şəhər sakinlərinin yaddaşına unudulmaz əlamətdar hadisə kimi həkk olur.
Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həm Azərbaycanımıza, həm də Mingəçevir şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən ölkəmizə gələn, bu inkişafı, gözəlliyi görən insanların hamısı etiraf edir. Bir sözlə, şəhər gündən-günə gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, salınır, yaxud köhnə parklar o qədər zövq və müasir üslubda yenidən qurulur ki. Çünki bura bizim Vətənimiz, bura bizim yaşadığımız məkandır…
Mingəçevir gözəlləşir, böyüyür, inkişaf edir. Yeni – yeni binalar inşa olunur, parklar salınır. Bunun özü də inkişafın bariz göstəricisidir: Bir zamanlar bura yaşlı, içi çürümüş, oyulmuş ağaclarla dolu bir yer idi. Bu ərazidə illər əvvəl əkilmiş ağaclar o qədər qocalmışdılar ki, əsən külək ağacları sındırırdı. Bu gün isə o qocalmış, içi çürümüş ağacların əvəzində bizim üçün möhtəşəm bir park salınıb. “Bu parka gəlirik, dincəlirik və zövq alırıq” deyən şəhər sakinləri bildirdilər ki, şəhərin mənzərəli yerlərində dincəlir, heç olmasa bir neçə saat qayğıdan uzaq oluruq.
