
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçının birinci müavini Mahmud Süleymanov insanların, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Növbəti səyyar qəbul İsmayıllı rayonunun Quşencə kəndində keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə may ayının 19-da Quşencə kəndində səyyar qəbul keçirib.
Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə məlumat verib. İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəbul iştirakçıları Quşencə kənd tam orta məktəbində Vətən müharibəsi şəhidləri Taleh Qənbərli və Həsən Abdullayevin adını daşıyan sinif otaqları ilə tanış olub, xatirə lövhəsinə baxış keçiriblər.


İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edilib, problem və müraciətləri dinlənilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib, onların problem və müraciətləri dinlənilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı rayon rəhbəri Nahid Bağırov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.



İsmayıllı Rayon İcra Hakimiyyəti başçının birinci müavini Mahmud Süleymanov - “Azərbaycan xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin qarşılıqlı hörmət və maraqlar prinsipinə uyğun olaraq yüksələn xətlə inkişafı təqdir edilir. Azərbaycanın qurumla, həmçinin ona üzv olan dövlətlərlə əməkdaşlığı hazırkı postmünaqişə dövründə yeni mərhələyə qədəm qoyub. Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə keçirilən ikitərəfli görüşdə, mətbuata bəyanatlarında, həmçinin Azərbaycan-Litva biznes forumundakı çıxışlarında da Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, üzv dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafına yaranan imkanlar geniş müzakirə edildi. Bir mühüm məqamı qeyd edək ki, Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olmasında mühüm amil kimi dəyərləndirir. Azərbaycanla qurum arasında əlaqələrin inkişaf xronologiyasına diqqət yetirsək bu fikri böyük əminliklə qeyd edə bilərik ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirir, hər dövrün tələbinə uyğun olaraq bu əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Necə ki, bu gün tarixi Zəfərimiz bu əməkdaşlıqda yeni səhifə açıb.”
Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb: “Bu, Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil edir. Bu mühüm məqamı da qeyd edək ki, 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır ki, bu da adından göründüyü kimi gələcək hədəflərin açıqlanmasında və icrasında yardımçıdır. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi.”
Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir: “Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünya dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layhələrinin uğurlu icrası ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə və Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, əlbəttə, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.”
“Tarixi Zəfərimizin yaratdığı reallıqların Avropa İttifaqı tərəfindən qəbul olunması, qurumun bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini göstərmək məqsədilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsində təşəbbüskar kimi çıxış etməsi təqdirəlayiqdir. Artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Brüsseldə görüş keçirilib. Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq. Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının qəbuluna böyük töhfədir, ən əsası sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır. Avropa İttifaqının təşəbbüsü ilə ilk üçtərəfli görüş ötən ilin dekabr ayında keçirilmişdir. Həmin görüşdə Brüssel sülh gündəliyinin əsası qoyuldu. Azərbaycan bu gündəliyə sadiqdir, sülh müqaviləsinin tezliklə imzalanmasında istəyini açıq-aydın şəkildə ifadə edir. Ermənistan bu ilin aprelində Brüsseldə baş tutan görüşdə Azərbaycan tərəfinin irəli sürdüyü beş prinsipi qəbul etmişdir. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradılması, ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə etdilər. Ermənistanın hər bir öhdəliyə məsuliyyətsiz yanaşması diqqətdən kənarda qalmır. Litva Prezidenti ilə birgə mətbuata bəyanatında Azərbaycanın hər zaman öhdəliklərə sadiq olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bir daha diqqəti İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz 30 il danışıqlara sadiq qaldı, hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırışlar etdi. Əgər sanksiyalar tətbiq edilsəydi, onda heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, ona qarşı heç bir sanksiya tətbiq edilmədi”.
Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən siyasəti daim ona yeni dostlar, tərəfdaşlar qazandırır: “Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmin və formatın yaradılması da dövlətimizin ədalətli mövqeyinə dəstəyin ifadəsidir.”
