Tədris Cərrahiyyə Klinikasında "işə düzəltmə bürosu" - Şəlalə Hidayətova bu işlərin başında dayanır?
Azərbaycanda son illər vətəndaşların vasitəçilərlərin dəstəyi ilə işə düzəlməsi artıq adi hala çevrilib. Çox vaxt bu vasitəçilər vətəndaşların inamından sui-istifadə edərək onları aldadır. Vətəndaşların iş və digər məsələlərə görə aldadılmasına görə isə xeyli sayda şəxs məhkəmələr tərəfindən cəzalara məhkum olunub. Ancaq bu ‘vasitəçilər’in içərisində vətəndaşı aldatmayan və onların işlərini həll edən şəxslərdə var.
Fim.az-ın elektron poçtuna göndərilən məlumatda iddia edilir ki, vətəndaşların işə düzəldilməsini təşkil edən və iş məsələləri ilə məşğul olanalardan biri də Tədris Cərrahiyyə Klinikasının kadrlar şöbəsinin müdiri Şəlalə Hidayətova adlı xanımdır. İddia edilir ki, məhz çoxlu sayda vətəndaş Şəlalə Hidayətovanın vasitəçiliyi ilə tibb bacısı kimi işə düzəlib.
Həmçinin Şəlalə Hidayətovanın həkimlərin sertifikasiyadan keçirilməsi işinədə baxdığı vurğulanır. Son illər xeyli sayda həkimlər Şəlalə Hidayətovanın əli ilə sertifikasiyadan keçiblər. Məlumata görə kadrlar şöbəsi müdirinin vasitəsilə müxtəlif səhiyyə müəsissələrinə tibb bacısı və yaxud digər bir işçi kimi işə düzəlmək istəyənlər 6-11 min manat arası pul xərcləyirlər. Sertifikasiyadan keçmək üçün isə həkimlər 5-12 min manat arası pul verirlər. Bundan başqa Şəlalə Hidayətova vəzifəsindən istifadə edərək xeyli sayda şəxsi pul qarşılığında Tədris Cərrahiyyə Klinikasına tibb bacısı və texniki işçi kimi işə düzəldib. Bildirirlir ki, Şəlalə xanım işə düzəltmək işlərinə başladıqdan sonra xeyli imkanlara sahib olmağa başlayıb. Buna misal olaraq onun Bakı şəhərində bahalı mənzil aldığı bildirilir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
