"Tərəqqi" texniki-humanitar liseyində bufet ləvğ edilib - Direktor sinif otaqlarını pulnan satır?
Liseydə oxuyan ibtiadi sinif şagirdlərinə məcburi qaydada test satılır
"Tərəqqi" texniki-humanitar liseyində şagirdlər üçün istifadə edilən bufet ləvğ edilərək, sinif otaqlarına çevrilib.
Tədris ilinin başlaması ilə təhsil ocaqlarında problemlərlə bağlı şikayətlər edilməyə başlayıb.
Fim.az-ın əldə etdiyi məlumata "Tərəqqi" texniki-humanitar liseyində bufet ləvğ edilib və yerində sinif otaqları yaradılıb. "Tərəqqi" texniki-humanitar liseyi ilə bağlı sosial şəbəkədə yazılan rəyə görə direktor Nasim Abışov sinif otaqlarını pulnan satır. Məlumata görə imkanı olan siniflərin şagirdləri adambaşına 100-150 manat arasında pul yığaraq yaxşı təmir edilmiş sinifləri götürürlər.
Mətbuatda yayılan məlumatlara görə "Tərəqqi" texniki-humanitar liseyində baş verənlərə nəzarəti direktorun müavini Mətanət Zeynalova nəzarət edir.
Bildirilir ki, liseydə söz sahibi olan direktor müavini Mətanət Zeynalova otağında mətbəx yaradıb. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
